Lənkəranda avtomobil yanıb, sürücü xəsarət alıb

Lənkəranda avtomobil yanıb, sürücü xəsarət alıb
# 24 avqust 2013 17:05 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda avtomobilin yanması nəticəsində bir nəfər xəsarət alıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Lənkəran rayonunun Zövlə kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus «Kia» markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı avtomobildə olan sərnişin müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi əhali tərəfindən Lənkəran rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 14:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR