«Atabank»ın qeyri-faiz mənfəəti 29% artıb

«Atabank»ın qeyri-faiz mənfəəti 29% artıb
# 31 oktyabr 2013 08:35 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Atabank» ASC-nin 2013-cü ilin yanvar-sentyabr ayları ərzində əldə etdiyi gəlirlərin həcmi 31,763 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 33,1% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 27,7% artaraq 24,855 mln. manata çatıb.

Bankın hesabatına əsasən, bu ilin ilk üç rübü ərzində «Atabank» 6,909 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 55,3% çoxdur.

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 25,287 mln. manat, qeyri-faiz gəlirləri 6,476 mln. manat, faiz xərcləri 12,560 mln. manat, qeyri-faiz xərcləri isə 1,174 mln. manata bərabər olub. Nəticədə, son bir ildə bankın faiz mənfəəti 30,2% artaraq 12,727 mln. manat, qeyri-faiz mənfəəti 29,2% artaraq 5,302 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR