Arzu Səmədbəyli: “Həmsədrlik İnstitutu uğurlu variant deyil”

Arzu Səmədbəyli: “Həmsədrlik İnstitutu uğurlu variant deyil”
# 12 noyabr 2013 10:24 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Milli Şurada Həmsədrlik İnstitutunun yaradılmasını uğurlu variant hesab etmirəm”.

Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü, Müsavat Məclisinin sədri Arzu Səmədbəyli deyib.

O bildirib ki, Müsavat Partiyası Milli Şuranın Həmsədrlik İnstitutu ilə bağlı hər hansı qərar qəbul etməyib: “Lakin fərdi qaydada öz mövqeyimi deyə bilərəm ki, bu, uğurlu variant deyil. Çünki indiyə qədər həmsədrlik institutları olub və özünü doğrultmayıb. Bu baxımdan düşünürəm ki, Milli Şurada sədrlik yetərlidir. Digər tərəfdən, bu məsələ partiyanın rəhbər strukturlarında müzakirə olunmalıdır”.

A. Səmədbəyli Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənlinin qurumun sədrliyinə gətirilməsi məsələsinə də münasibət bildirib: “Rüstəm İbrahimbəyov hazırda sədrdir və bu format davam edir. Əgər Cəmil Həsənlinin sədrliyə gətirilməsi Rüstəm İbrahimbəyov tərəfindən təklif edilərsə, buna etirazımız yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR