Teatr Xadimləri İttifaqının saytının təqdimatı keçirilib

Teatr Xadimləri İttifaqının saytının təqdimatı keçirilib
# 16 sentyabr 2013 16:03 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Teatr Xadimləri İttifaqının “teatrittifaqi.az” rəsmi internet saytının təqdimatı keçirilib. İttifaqın məsul katibi Kəmalə Cəfərzadənin APA-ya verdiyi məlumata görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin rəsmi nümayəndələri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib. Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov bildirib ki, sayta ittifaqın arxivi, kitabxanası yerləşdirilib. Yeni saytda istifadəçilər ittifaqın arxivində olan videoları da izləyə biləcəklər.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, teatrşünas İlham Rəhimli, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov saytın istifadəyə verilməsini teatr xadimlərinin həyatında əlamətdar hadisə kimi dəyərləndiriblər.

Tədbirdə Teatr Xadimləri İttifaqına yeni üzv olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR