«Ukroboronprom» Dövlət Konserninin nümayəndə heyəti Azərbaycana gələcək

«Ukroboronprom» Dövlət Konserninin nümayəndə heyəti Azərbaycana gələcək
# 17 fevral 2014 08:41 (UTC +04:00)

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Dövlət Konserninin baş direktoru Sergey Qromovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri fevralın sonlarına planlaşdırılır. Səfər çərçivəsində iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, «Ukroboronprom» Dövlət Konserni sentyabr ayında Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində də təmsil olunmağı planlaşdırır.

APA-nın əldə etdiyi məlumata görə, Ukrayna tərəfi sərgidə statik bölmədə BTR-4MV yeni zirehli transportyorunu əyani nümayişə çıxarmaq niyyətindədir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR