Vyanada İranla “altılıq” ölkələri arasında növbəti ekspert müzakirələri keçiriləcək

Vyanada İranla “altılıq” ölkələri arasında növbəti ekspert müzakirələri keçiriləcək
# 31 may 2014 14:31 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Gələn həftə Vyanada İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində növbəti nüvə müzakirələri keçiriləcək.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, danışıqlarda İran nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi məsələlər idarəsinin müdiri Həmid Bəidinejad rəhbərlik edəcək. “Altılıq” ölkələrini isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Stefan Klement təmsil edəcək. Müzakirələr Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarə Heyətinin növbəti toplantısı çərçivəsində baş tutacaq.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri yekun nüvə razılaşmasının mətninin yazılması məqsədilə iyunun 16-20-da Vyanada keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR