Aİ, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq

Aİ, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq
# 03 may 2024 14:39 (UTC +04:00)

Avropa İttifaqı, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 6-da Parisdə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Fransa Prezidenti Emmanuel Makron və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə üçtərəfli görüş baş tutacaq.

Ukrayna, Çin və Qərb ölkələri arasında ticarət və investisiyanın gündəlikdə olan mövzular olduğu ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR