«Garant Holding» oruc tutanları iftar süfrəsinə dəvət edir - FOTO

«Garant Holding» oruc tutanları iftar süfrəsinə dəvət edir - <span style="color: red;">FOTO
# 02 avqust 2013 11:30 (UTC +04:00)

Bakı – APA-Economics. «Garant Holding» iftar süfrəsinə dəvət edir» aksiyası avqustun 1-dən etibarən start götürüb.

«APA-Economics»in məlumatına görə, holdinqin baş ofisi daxil olmaqla, 9 şirkətin – «Qarant Sığorta», «Azbentonit», «M-Trans», «Royal Estate», «Ucar Aqro», «Avtomedia», «Transeurocom», «AzPOD», «Meridian Hotel»in əməkdaşları Bakı şəhərinin 10 nöqtəsində yerləşən işıqfor və dayanacaqlarda iftar vaxtında yolda olan sürücü və piyadalara iftar açmaq üçün su və xurma paylayırlar. Şirkət əməkdaşları R.Behbudov və Bakıxanov küçələrinin kəsişməsi, C.Cabbarlı küç.44 («Caspian Plaza»nın qarşısı), «Elmlər Akademiyası» metro stansiyası, Avtovağzal, Azadlıq pr-tində (C.Cabbarlı heykəlinin qarşısı), Vaqif pr-ti, «Azneft» dairəsi, Xırdalan dairəsi, «20 Yanvar» və «Nərimanov» metro stansiyaları yaxınlığında qərarlaşaraq aksiyanın ilk gününü uğurla başa vurublar.

«Garant Holding» iftar süfrəsinə dəvət edir» aksiyası bu gün, avqustun 2-də davam etdiriləcək. İlk gündən fərqli olaraq bu gün saat 20:30-dan etibarən «28 May» metro stansiyasının yaxınlığında, C.Cabbarlı heykəli qarşısında üzərində «Garant Holding»in loqo və şüarı əks olunan çadır quraşdırılacaq. Su, xurma, ayran və yüngül yemək paylanılacaq çadıra hər kəs qonaq ola bilər. Bundan başqa, holdinqə daxil olan 9 şirkət «Memar Əcəmi» metro stansiyası istiqaməti, «Caspian» alış-veriş mərkəzinin yaxınlığı, Kukla Teatrının qarşısı, «Elmlər Akademiyası» metro stansiyası, R.Behbudov və Bakıxanov küçələrinin kəsişməsi, «Nərimanov» metro stansiyasının qarşısı, S.Vurğun bağı, Xırdalan dairəsi, «20 Yanvar» metro stansiyasının qarşısında, işıqfor və dayanacaqlarda su və xurma paylamağa davam edəcək.

«Garant Holding»in bütün oruc tutanları iftar süfrəsinə dəvət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR