ABŞ-da təyyarə təcili eniş edib

ABŞ-da təyyarə təcili eniş edib
# 19 may 2015 00:36 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın “Hawaiian Airlines” aviaşirkətinə məxsus Airbus təyyarəsi Los Anceles beynəlxalq hava limanına təcili eniş edib.

APA-nın TASS agentliyinə istinadən xəbərinə görə, Los Anceles-Honolulu reysi ilə uçan təyyarənin göyərtəsində 330 sərnişin olub.

Məlumata əsasən, hava limanından qalxdıqdan sonra təyyarədə texniki nasazlıq yaranıb. İnsident zamanı xəsarət alan olmayıb. Təyyarədə olan sərnişinlərin başqa təyyarə ilə Havay adalarına göndəriləcəyi bildirilir.

Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR