Azərbaycan deputatları AŞPA Monitorinq komitəsinin, Daimi Komitəsinin və Bürosunun iclaslarında iştirak edəcəklər

Azərbaycan deputatları AŞPA Monitorinq komitəsinin, Daimi Komitəsinin və Bürosunun iclaslarında iştirak edəcəklər
# 12 noyabr 2014 12:05 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, iclaslarda parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Elxan Süleymanov iştirak edəcəklər.

Tədbirlərdə Monako ilə monitorinq sonrası dialoq, Bosniya və Herseqovinada, Bolqarıstanda, Tunisdə, Moldovada və Ukraynada son parlament seçkilərinin nəticələri və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Səfər noyabrın 19-da başa çatacaq.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva isə Uşaq hüquqları strategiyasına dair Avropa Şurası ekspertlər komitəsinin noyabrın 13-də Strasburqda keçiriləcək iştirak edəcək.

Tədbirdə 2012-2015-ci illər üçün Avropa Şurasının uşaq hüquqları strategiyasının həyata keçirilməsi vəziyyəti və növbəti strategiyanın hazırlıq işləri müzakirə olunacaq.

Səfər noyabrın 14-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR