Paşha Bank
Bank Of Baku

ABŞ-ın “Dwight D. Eisenhower” atom aviadaşıyıcısında qəza baş verib, 4 hərbçi yaralanıb

ABŞ-ın “Dwight D. Eisenhower” atom aviadaşıyıcısında qəza baş verib, 4 hərbçi yaralanıb
# 29 sentyabr 2026 10:42 (UTC +04:00)

ABŞ Hərbi Dəniz Qüvvələrinin iki pilotu “Dwight D. Eisenhower” atom aviadaşıyıcısına eniş zamanı katapult edib.

"Associated Press" xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, hadisə sentyabrın 28-də Virciniya sahilləri yaxınlığında təyyarənin enişi zamanı baş verib. İki pilotun təyyarənin göyərtəyə enişi zamanı təhlükəsizlik sistemi vasitəsilə təyyarədən katapult olunub və axtarış-xilasetmə qrupları tərəfindən xilas edilərək gəmiyə qaytarılıb.

Hər iki hərbçi hazırda tibbi müayinədən keçirilir.

Hadisə zamanı aviadaşıyıcının göyərtəsində olan 4 hərbçi də xəsarət alıb.

ABŞ Hərbi Dəniz Qüvvələri hadisəni qəza kimi qiymətləndirib. Təyyarənin hansı tipə aid olduğu və qəzanın səbəbi hələlik açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR