Paşha Bank
Bank Of Baku

CNN, MS NOW və “Politico” Trampın Ağ Evə giriş qadağasının dayandırılmasını istəyir

CNN, MS NOW və “Politico” Trampın Ağ Evə giriş qadağasının dayandırılmasını istəyir
# 29 sentyabr 2026 10:28 (UTC +04:00)

CNN, MS NOW və “Politico” ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ağ Evə girişə qoyduğu məhdudiyyətin iş üzrə yekun qərar qəbul edilənədək dayandırılması tələbi ilə federal məhkəməyə müraciət edib.

“Reuters” xəbər verir ki, üç media qurumu Kolumbiya dairəsi üzrə ABŞ Federal Məhkəməsinə yeni vəsatət təqdim edərək Ağ Evə giriş qadağasının qüvvədə saxlanılmasının qarşısının alınmasını istəyib.

Müraciət sentyabrın 24-də federal hakim Timothy Kelly-nin CNN, MS NOW və “Politico” jurnalistlərinin Ağ Evə girişini müvəqqəti bərpa edən qərarından sonra təqdim olunub. Hakim qərarında jurnalistlərin mətbuat vəsiqələrinin 14 gün ərzində bərpa edilməsini tapşırıb.

Qeyd edək ki, CNN, MS NOW və “Politico” sentyabrın 21-də Tramp administrasiyasına qarşı iddia qaldıraraq jurnalistlərinin Ağ Evə girişinin məhdudlaşdırılmasının ABŞ Konstitusiyasının Birinci Düzəlişi ilə qorunan hüquqlarını pozduğunu bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR