ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı ikinci zərbələr dalğasına başladığını açıqlayıb.
APA xəbər verir ki, bu barədə qurumun "X" hesabında məlumat yayılıb.
CENTCOM-un yaydığı məlumata görə, zərbələr Hörmüz boğazından sərbəst keçən gəmilərə təhlükə yaratdığı iddia olunan İranın hərbi imkanlarına qarşı yönəlib.
Qeyd olunub ki, əməliyyat beynəlxalq ticarət üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.
CENTCOM vurğulayıb ki, ABŞ hərbçiləri əməliyyatları Ali Baş Komandanın göstərişi əsasında həyata keçirir.