ABŞ-ın Corciya ştatının Duqlas şəhərində yaşayış evində baş verən atışma nəticəsində 5 nəfər ölüb.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, polis yaşayış evində atışma baş verməsi barədə çağırış aldıqdan sonra hadisə yerinə gəlib və odlu silahdan açılan atəş nəticəsində 5 nəfərin meyitini aşkarlayıb.
Hazırda polis hadisənin səbəblərini və başvermə şəraitini araşdırır.