Bank Of Baku

ABŞ strateji ehtiyatlarından 400 min barel neft ayıracaq

ABŞ strateji ehtiyatlarından 400 min barel neft ayıracaq
# 23 oktyabr 2026 23:09 (UTC +04:00)

ABŞ Energetika Nazirliyi ölkədə neft tədarükündə yaranan fasilələri aradan qaldırmaq məqsədilə strateji ehtiyatlardan 400 min barelədək neftin ayrılmasına icazə verib.

APA xəbər verir ki, nazirliyin məlumatına görə, qərar Luiziana ştatında yerləşən “Phillips 66” şirkətinin neft emalı zavodunun tədarükündə yaranan problemlərlə əlaqədardır.

Neft ştatdakı “West Hackberry” strateji anbarından götürüləcək. Müqavilənin şərtlərinə əsasən, şirkət ehtiyatlardan aldığı nefti sonradan əlavə həcmdə geri qaytarmalı olacaq.

Qeyd edək ki, ABŞ-ın strateji neft ehtiyatı 1975-ci ildə qlobal enerji böhranından sonra mümkün fövqəladə vəziyyətlərə hazırlıq məqsədilə yaradılıb.

Hazırda Luiziana və Texas ştatlarındakı dörd yeraltı anbarda təxminən 282,7 milyon barel neft saxlanılır. Bu, 1982-ci ilin oktyabrından bəri ən aşağı göstəricidir.

Anbarların ümumi təsdiqlənmiş tutumu 714 milyon barel təşkil edir. ABŞ-ın strateji neft ehtiyatı dövlətə məxsus ehtiyatlar arasında dünyada ən böyüyüdür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR