Azərbaycan Müdafiə Nazirliyi: Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Azərbaycan Müdafiə Nazirliyi: Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
# 04 aprel 2013 13:12 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayevin APA-ya verdiyi məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Yevgeniy Şarov və ofisin maliyyə administrasiyasının rəhbəri Conattan Ferrabi, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçiriblər.

Monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətdə olan hissəsindən işğal olunmuş Ağdərə istiqamətinə keçiblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR