Misir Mərdanov: " Bakı Beynəlxalq Humanitar Forumu dünyanın beyin mərkəzlərindən birinə çevrilməkdədir”

Misir Mərdanov: " Bakı Beynəlxalq Humanitar Forumu dünyanın beyin mərkəzlərindən birinə çevrilməkdədir”
# 03 oktyabr 2014 12:22 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA. “Bakı Beynəlxalq Humanitar Forumu artıq dördüncü ildir Bakıda keçirilir. Təbii ki, bu forumun ölkəmiz üçün fövqəladə əhəmiyyəti var. Dünyanın 60-dan çox ölkəsinin yüksək səviyyəli şəxsləri ölkəmizə təşrif buyurublar. Forumun açılışında prezident İlham Əliyev geniş çıxış edərək bir sıra vacib məqamlara toxunub. Ölkə başçısı çıxışında, həmçinin forumun əhəmiyyətini hərtərəfli izah edib. Bunun davamı olaraq çalışmalıyıq ki, forum olduqca yüksək səviyyədə öz işini davam etdirsin”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov deyib.

Müxtəlif elmi problemlərin həlli yolunda dünya şöhrətli alimlərlə birgə fikir mübadiləsinin aparılması istiqamətində işlərin daha da gücləndirməsinin lazım olduğunu vurğulayan M. Mərdanov bildirib ki, forum eyni zamanda Azərbaycanın dünyaya tanıdılması baxımından olduqca xüsusi önəm kəsb edir: "Hesab edirəm ki, artıq bu forum dünyanın beyin mərkəzlərindən birinə çevrilməkdədir. Ona görə də bu tədbir ölkəmiz üçün tarixi hadisəsidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR