İmişlidə qatarla avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb

İmişlidə qatarla avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb
# 29 sentyabr 2015 20:13 (UTC +04:00)

Qəza bu gün axşam saatlarında İmişli rayonunun ərazisində Bəhrəmtəpə-Beyləqan dəmiryolunda baş verib.

Məlumata görə, Füzuli rayonunun Horadiz qəsəbəsinin sakini, 27 yaşlı Elçin Rasim oğlu Ağayev tərəfindən idarə olunan "Mercedes" markalı avtomobillə dəmiryolunu keçməyə cəhd edərkən qatarla toqquşub.

Qəza nəticədə sürücü və avtomobildə olan sərnişin Füzulu rayon sakini, 1986-cı il təvəllüdlü Tofiq Əhməd oğlu Süleymanov müxtəlif xəsarətlər alıblar. Hər iki yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR