Təhsil Nazirliyi: Şagird və müəllimlər haqqında mətbuatda yayımlanan materiallar mütəmadi izlənilir

Təhsil Nazirliyi: Şagird və müəllimlər haqqında mətbuatda yayımlanan materiallar mütəmadi izlənilir
# 27 mart 2013 12:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi tərəfindən 2012/2013 tədris ilində respublika üzrə ümumtəhsil məktəblərində təhsil alan şagird kontingenti haqda məlumatlar toplanıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bu, 2012/2013 tədris ili üçün ümumtəhsil məktəblərin məlumat bazasının formalaşdırılması məqsədilə əldə olunub.

Bundan əlavə, 2012/2013 tədris ilində respublika üzrə ümumtəhsil məktəblərdə çalışan kadr kontingentinin də məlumatları toplanıb. 2012/2013 tədris ilində respublika üzrə ümumtəhsil məktəblərinin maddi-texniki təminatı ilə bağlı məlumat bazası formalaşdırılıb. Təhsil şöbələri, məktəblər, şagird və müəllimlər haqqında mətbuatda yayımlanan materiallar mütəmadi izlənilir və TİMS məlumat bazasına qoşulur. Nazirliyin mərkəzi aparatının müvafiq şöbələri TİMS-in mərkəzi bazasına birləşdirilib, məlumatlara çıxışları təmin edilib və TİMS sistemi ilə işləmək vərdişlərinin öyrədilməsi istiqamətində mərkəzi aparatın işçilərinə müvafiq treninqlər keçirilir.

2011/2012-ci tədris ilində orta ixtisas təhsil müəssisələrini bitirən məzunların məlumat bazasını yaratmaq məqsədilə proqram təminatı hazırlanıb və məlumatların dəqiqləşdirilməsi üçün müvafiq təhsil müəssisələrinə verilib. Dəqiqləşdirilmiş məlumatlar əsasında məktəbi müvəffəqiyyətlə bitirən məzunların məlumat bazası yaradılıb. 2011/2012 tədris ili üçün ali təhsil məktəblərini bitirəcək tələbələrin məlumat bazası da formalaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR