Azərbaycanda İdman günü qeyd olunur

Azərbaycanda İdman günü qeyd olunur
# 05 mart 2013 14:03 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün İdman günü ilə əlaqədar Gənclər və İdman Nazirliyinin rəhbərliyi və idmançılar Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.

APA-nın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov bütün idmançıları təbrik edərək bildirib ki, ilk dəfə olaraq 1995-ci ildə prezident Heydər Əliyev böyük idmançıların toplantısında bu bayramı qeyd edib və idmançılarımızın uğurlarından söz açıb: “2005-ci ildə prezident İlham Əliyev sərəncam imzaladı və o gündən hər il ənənəvi olaraq bu bayramı qeyd edirik”.

Bugünkü planlardan da danışan nazir ziyarətdən sonra Dənizkənarı Bulvarda yürüş təşkil ediləcəyini qeyd edib: “Orada bütün idmançılarla birgə idmanın şərəfinə bir yürüş keçirəcəyik. Bundan sonra Dənizkənarı Bulvarda konsert proqramı hazırlanıb və sonda “Yaxt Klub”da idmançıları, məşqçiləri və hakimləri mükafatlarla təbrik edəcək, onlarla birgə bayramı qeyd edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR