Bakıda 40 avtobus marşrutdan çıxarılıb

Bakıda 40 avtobus marşrutdan çıxarılıb
# 01 fevral 2013 13:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda son 2 gündə 40 avtobus marşrutdan çıxarılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, idarə rəisinin göstərişinə uyğun olaraq yaradılan işçi qrupu “Koroğlu” metro stansiyasının qarşısında sərnişinlərin xətt avtobuslarında rahat gediş-gəlişini bərpa etmək üçün reydlər keçirib.

Reyd zamanı avtobus dayanacağında dayanan 14 taksi sürücüsü, həmçinin müvafiq sənədləri olmayan 8 avtobus sürücüsü aşkarlanaraq cərimələnib. V.Əsədov bildirib ki, son 2 gündə paytaxtda keçirilən reydlərdə 40 avtobus marşrutdan çıxarılıb. O, sərnişindaşıma ilə məşğul olan hüquqi şəxslərə müraciət edərək bildirib ki, bütün dayanacaqlarda dispetçer xidmətini bərpa etsinlər və nəzarəti gücləndirsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR