Çayların çirklənmə vəziyyəti ilə bağlı aparılan monitorinqin nəticəsi açıqlanıb

Çayların çirklənmə vəziyyəti ilə bağlı aparılan monitorinqin nəticəsi açıqlanıb
# 24 aprel 2013 16:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aprel ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aprel ayının II ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının I ongünlüyünə nisbətən 24 m3/san artaraq 465 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçayda fenollar 3, mis birləşmələri 2, Ağstafaçay su anbarında fenollar 4, mis birləşmələri 2 dəfə YVQH-ni keçib.

Aprel ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 2, I Şahsevəndə fenollar 2, mis birləşmələri 4, Bəhramtəpədə isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.82-6.11 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR