İranın Türkiyədəki səfirinin vida gecəsində qalmaqal baş verib

İranın Türkiyədəki səfirinin vida gecəsində qalmaqal baş verib
# 24 fevral 2013 03:42 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Dörd ildən çox İranın Türkiyədəki səfiri vəzifəsini icra edən Bəhmən Hüseyinpurun diplomatik missiyasının başa çatması ilə əlaqədar yerli jurnalistlərlə keçirdiyi son görüşündə qalmaqal baş verib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına istinadən verdiyi xəbərə görə, vida gecəsində türkiyəli jurnalistlərlə səfir arasında gərgin dialoq yaşanıb. Belə ki, “Todays Zaman” qəzetinin müxbiri B. Hüseyinpura Türkiyə-İran münasibətləri ilə bağlı sual verib. Bu zaman səfir “sizin qəzetiniz İranla bağlı həmişə əsassız xəbərlər dərc edir. Biz bir neçə dəfə qəzetə təkzib vermişik. Ancaq qəzetiniz peşə etikasına uyğun davranmayıb və təkziblərimizi dərc etməyib. Biz bu qəzetin haradan göstəriş aldığını bilirik”, - deyə cavab verib. Eyni zamanda B. Hüseyinpur Türkiyə ilə İran arasında nifaq salmağa çalışıldığını söyləyərək “əlaqələrimizin yaxşı olmasını istəyirsinizsə, qələminizə diqqət yetirin”, - deyə vurğulayıb. Buna cavab olaraq “Todays Zaman” qəzetinin müxbiri “madam belə düşünürsünüz, mən də bu qəbulda iştirak etməyəcəm” deyərək səfirlik binasını tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR