İran XİN-in başçısı Moskvada səfərdədir

İran XİN-in başçısı Moskvada səfərdədir
# 03 iyun 2015 20:24 (UTC +04:00)

Bakı-APA. İranın xarici işlər naziri Məhəmməd Zərif Moskvaya gəlib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, iyunun 4-də M.Zərif rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Bundan əvvəl S.Lavrov bildirmişdi ki, görüşdə Tehranın nüvə proqramı danışıqlarının vəziyyəti müzakirə ediləcək.

İran XİN başçısı Rusiyanın paytaxtına böyük nümayəndə heyətinin tərkibində gəlib. Iyunun 4-də Moskvada Şanxay Əməkdaşlıq Təşkilatının nazirlər səviyyəsində Rusiya-İran-Çin üçtərəfli görüşü də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR