“Azərbaycan Sənaye Bankı” aktivlərini artırıb

“Azərbaycan Sənaye Bankı” aktivlərini artırıb
# 30 oktyabr 2014 08:41 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Azərbaycan Sənaye Bankı” ın aktivlərinin həcmi 2014-cü ilin III rübündə 407,768 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 30,62% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 74,05% artaraq 162,209 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 22,304 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 43,51% azdır.

Bankın ipoteka kreditlərinin həcmi oktyabrın 1-nə 0,780 mln. manat olub ki, buda keçən ilin analoji dövrü ilə müqayisədə 63,18% çoxdur və kreditlərin 0,447 mln. (57,31%) manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bankın depozit portfeli hesabat dövrü ərzində 41,85% artaraq 210,250 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 106,448 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 4,33 dəfə çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 9,16% artaraq 66,590 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 60 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 2,04 dəfə artaraq 28,816 mln. manat, xərcləri isə 2,53 dəfə artaraq 24,902 mln. manata çatıb.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 3,914 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 9 filialı, 47 bankomatı, 542 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR