“Bank VTB (Azərbaycan)” yeni depozit aksiyasına start verib

“Bank VTB (Azərbaycan)” yeni depozit aksiyasına start verib
# 05 mart 2015 15:06 (UTC +04:00)

Bank. Yeganə Laçınzadə - APA-Economics. “Bank VTB (Azərbaycan)” öz müştəriləri üçün “Yaz hədiyyəsi” adlı yeni depozit aksiyasına start verib .

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu aksiya çərçivəsində “Zəmanətli” depoziti üzrə 12 ay müddətinə əmanət yerləşdirən müştərilər əlavə bonus faizləri qazanacaq.

Aksiyanın şərtlərinə əsasən hədiyyə bonusları sayəsində “Zəmanətli” əmanətin faiz dərəcəsi 12%-ə çatacaq. Bu faizlər rüblük ödənildiyi halda mümkün olacaq. Faizlər aylıq ödənildikdə əmanətin faiz dərəcəsi 11% təşkil edəcək. Bonuslar depozit müddətinin sonunda ödəniləcək. Aksiya çərçivəsində müştərilər 100 min manat və ya 125 min dollara qədər pul vəsaiti yerləşdirə bilər.

“Bu şərtlər həm manat, həm dollarla olan depozitlər üçün eynidir. Beləliklə, biz müştərilərimizə öz vəsaitlərini ən sərfəli, zəmanətli şərtlərlə yerləşdirmək imkanı yaradacaq. Bankımızın “Yaz hədiyyəsi” vəsaitlərini artırmaq istəyənlər üçün əla fürsətdir”, - deyə bankın pərakəndə biznesin inkişafı departamentinin direktoru Tural Vəliyev bildirib.

Qeyd edək ki, aksiya aprelin 30-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR