Bakıda polis maşını qəzaya düşüb

Bakıda polis maşını qəzaya düşüb
# 29 aprel 2015 07:23 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakida yol qəzası baş verib.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün rayon ərazisində qeydə alınıb.

Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı (PPX), polis serjantı Vüqar Vaqif oğlu Nuriyevin idarə etdiyi “Fiat” markalı xidməti avtomobillə, Tural Ədalət oğlu İlyasovun idarə etdiyi “Zaporojes” markalı avtomobil toqquşub.

Qəza zamanı xəsarət olan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR