Azərbaycanda ilk dəfə sümük iliyinin transplantasiyası əməliyyatı keçirilib - VİDEO

Azərbaycanda ilk dəfə sümük iliyinin transplantasiyası əməliyyatı keçirilib - <span style="color: red;">VİDEO
# 18 iyul 2014 10:51 (UTC +04:00)

APA-nın məlumatına görə, bununla bağlı keçirilən tədbirdə Talassemiya Mərkəzinin direktoru Rauf Rzayev bildirib ki, Azərbaycan təbabət tarixində ilk dəfə olaraq may ayında qohum donorlardan götürülən sümük iliyinin 3 xəstəyə köçürülməsi icra edilib.

“Əməliyyat Talassemiya Mərkəzində yerli mütəxəssislər tərəfindən həyata keçirilib. Lakin əməliyyat zamanı onlara belaruslu həkimlər dəstək olublar. Hazırda xəstələrin vəziyyəti yaxşıdır və evə yazılmaq ərəfəsindədirlər”, - deyə o vurğulayıb.

R. Rzayev bildirib ki, əldə etdikləri nəticələrdə Səhiyyə Nazirliyi və Heydər Əliyev Fondu mühüm rol oynayıb: “Bu cür əməliyyatlar sırf dövlət hesabına həyata keçirilir və həkimlərimiz daim xarici ölkələrdə kurslarda , seminarlarda iştirak edirlər”.

Talassemiya Mərkəzinin sümük iliyi transplantasiyası şöbəsinin müdiri Nərgiz Əliyeva isə bildirib ki, onlara sümük iliyinin köçürülməsi ilə 24 nəfər xəstə müraciət edib: “Onlardan 10 nəfər əməliyyat üçün seçilib. Oktyabrda 4 nəfər əməliyyat olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR