Azərbaycan güləşçiləri Moskvada keçirilən Avropa xalqlarının kuboku uğrunda turnirdə uğurla çıxış ediblər - FOTOSESSİYA

Azərbaycan güləşçiləri Moskvada keçirilən Avropa xalqlarının kuboku uğrunda turnirdə uğurla çıxış ediblər  - <span style="color: red;">FOTOSESSİYA
# 10 noyabr 2014 10:40 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında Avropa xalqlarının kuboku uğrunda güləşçilərdən ibarət qitənin ən güclü komandaları öz güclərini sınayıblar. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Lujniki" idman arenasında keçirilən turnirdə Azərbaycanın Yunan-Roma, sərbəst və qadınlardan ibarət milli yığması beynəlxalq yarışın mükafatçısı adına layiq görülüb.

Komanda hesabında iki gümüş və bir bürünc medal qazanan güləşçilərimiz Rusiyadan sonra Avropa qitəsinin ən güclü komandası adını qazanıblar. Belə ki, Bolqarıstan və Ukrayna yığmaları üzərində qələbə qazanan qadın güləşçilərimizin rəqibi ənənəvi olaraq Rusiya yığması olub. Azərbaycan yığması dörd dəfə dünya çempionu olan Ukrayna yığmasını məğlub edərək finala vəsiqə qazanıb. Amma finalda rusiyalı güləşçilər üstün olduqlarını sübut ediblər. Qadın güləşçilərimizdən Patimat Baqomedova, Güzəl Zutova inamlı mübarizə göstərsələr də, rəqibləri onlara cüzi üstünlüklə qalib gəlib. Qadınlardan ibarət milli yığmamız Avropa xalqları kuboku turnirinin gümüş mükafatçısı olub.

Yarışların ikinci günü Yunan-Roma güləşi üzrə Azərbaycan yığması ilk görüşünü Bolqarıstan idmançıları ilə gərgin şəraitdə keçirib. 8 çəki dərəcəsində baş tutan qarşılaşma 4-4 hesabı ilə bitsə də, xal hesabıyla Azərbaycan komandası ikinci görüşə vəsiqə qazanıb. İkinci görüşündə Rusiya milli yığmasına uduzan güləşçilərimiz üçüncü yer uğrunda görüşdə macarıstanlı həmkarlarına qalib gələrək bürünc mükafata layiq görülüblər.

Sərbəst güləş üzər görüşdə Belarus təmsilçilərinə qalib gələn idmançılarımız finalda Rusiyaya 2-6 hesabıyla məğlub olaraq gümüş medala sahib olublar.

Qeyd edək ki, Avropa xalqlarının kuboku turniri ənənəvi olaraq Moskvada keçirilir və bu yarışa Avropa qitəsinin birinciliyi uğrunda keçirilən çempionatda ilk 6 yeri tutan yığmalar qatılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR