Gəncədə avtomobil piyadanı vurub

Gəncədə avtomobil piyadanı vurub
# 16 sentyabr 2015 19:45 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Verdiyev Yaşar Əli oğlu yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub. Yaralı sol dirsək nahiyəsinin sınığı xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Sərxoş halda olan Y. Verdiyev bildirib ki o, “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR