Ermənistanda kütləvi həbslər davam edir - YENİLƏNİB - VİDEO

Ermənistanda kütləvi həbslər davam edir  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 07 aprel 2015 12:13 (UTC +04:00)

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, komitənin mətbuat xidmətindən bildiriblər ki, yaxın saatlarda A. Akopyanın evində aparılan axtarışın və istintaqın gedişinin təfərrüatları haqqında əlavə bilgi veriləcək.

Ermənistan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatla bağlı açıqlama verən Ermənistanın İstintaq Komitəsi bəyan edib ki, atılan addımlar nəticəsində 2015-cin ilin aprelin 24-də kütləvi tədbirlərin planlaşdırıldığı yerlərdə iğtişaşların təşkilinin qarşısı alınıb.

*** 12.55

Bakı. Ağa Cəfərli - APA. Ermənistanın “Təsisedici parlament” təşkilatının koordinatoru, müharibə veteranı Jirayr Sefilyan saxlanılıb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, təşkilatın fəalları Varujan Avetisyan və Pavel Manukyan, habelə təşkilat koordinatorunun qardaşı Toros Sefilyan da polisə aparılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan Xüsusi İstintaq Komitəsi nümayəndələri və polis əməkdaşları təşkilatın ofisində axtarış aparıblar. Onlar əraziyə gələn vəkilə axtarış haqqında sənədi təqdim etməyiblər və onu ofisə buraxmayıblar.

Bundan başqa təşkilatın bir neçə üzvünün, o cümlədən saxlanılan J. Sefilyanın evində axtarış aparılıb.

Xüsusi istintaq komitəsinin məlumatına görə, saxlanılanlar aprelin 24-də “erməni soyqırımının ildönümü” ilə əlaqədar planlaşdırılan tədbirlərdə təxribat törətməyi planlaşdırıblar. Saxlanılanlar silah, döyüş sursatları və partlayıcı maddələrin qanunsuz saxlanılmasında günahlandırılırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR