Ukraynada “Euronews”un rusdilli versiyasının yayımı qadağan olunub

Ukraynada “Euronews”un rusdilli versiyasının yayımı qadağan olunub
# 14 avqust 2014 16:22 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Ukraynada “Euronews” telekanalının rusdilli versiyasının yayımı qadağan olunub. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Ukrayna Milli Teleradio Yayım Şurası provayderlərdən “Euronews” kanalının rusdilli versiyasının yayımını dayandırmağı tələb edib. Şuranın direktor müavini Olqa Gerasimyuk bildirib ki, kanalın rusdilli versiyası daha çox “rus redaksiyasının təbliğat kampaniyası” üzərində qurulub.

Telekanalın Ukrayna dilindəki versiyası fəaliyyətini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR