Rusiya paytaxtında IV Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı keçirilir - FOTOSESSİYA

Rusiya paytaxtında IV Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 16 aprel 2015 10:14 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskvada Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə IV Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı başlayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, beynəlxalq konfransda Azərbaycan da daxil olmaqla, 80-ə yaxın müxtəlif ölkə və beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edirlər.

Konfransda Ukraynadakı böhran, dünyada sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunur.

Konfransı giriş sözü ilə açan Rusiyanın müdafiə naziri Sergey Şoyqu “rəngli inqilablar” fenomeninin inkişaf etməyə davam etdiyini və qlobal xarakter aldığını söyləyib: “Biz ötən il keçirilən Moskva Beynəlxalq Təhlükəsizlik konfransında bu barədə xəbərdarlıq etmişdik. Rəngli inqilabların ən faciəlisi Ukraynada baş verdi. ABŞ və müttəfiqlərinin Kiyevi öz orbitlərinə cəlb etmək cəhdləri bütün ağla gəlməyən həddi keçmişdi və Rusiya reaksiyasız qala bilməzdi. Antikonstitusion dövlət çevrilişi nəticəsində Ukraynada vətəndaş müharibəsi baş verdi”.

Rusiya müdafiə naziri nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə aparmaq üçün qüvvələrin birləşdirilməsinin vacib olduğunu bildirib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çıxışında prezident Vladimir Putinin konfrans iştirakçılarına göndərdiyi məktubu oxuyub. V. Putin məktubunda Yaxın Şərqdə yaranan “İslam Dövləti”nin qlobal terror təhlükəsi xarakteri aldığını qeyd edib: “Suveren dövlətlərin daxili işlərinə müdaxilə, müxtəlif rəngli inqilablar ssenarisinin həyata keçirilməsi bu məkanda zorakılıq və xaosun genişlənməsinə gətirib çıxarır. “İslam Dövləti” kimi fenomenin ortaya çıxması terror təhlükəsinin artıq qlobal xarakter aldığını və planetin daha sabit regionlarını bu barədə düşünməyə vadar edir”.

Xarici işlər naziri Sergey Lavrov da çıxışında Ukraynadakı böhrana və Yaxın Şərqdə baş verən hadisələrə toxunub: “Qərb Ukraynanı nasizmi qəhrəmanlaşdırmaqdan imtina etməyə məcbur etməlidir. Əminəm ki, Qərb bunu edə bilər. Kiyev Avropanı faşizmdən kimin xilas etməsi ilə bağlı araşdırmalar aparmağa son verməyə məcbur edilməlidir”.

Daha sonra Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov çıxış edib.

Konfransda Azərbaycanı müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR