Rusiya Müdafiə Nazirliyinin keçmiş departament rəhbəri 5 il müddətinə azadlıqdan məhrum edilib

Rusiya Müdafiə Nazirliyinin keçmiş departament rəhbəri 5 il müddətinə azadlıqdan məhrum edilib
# 08 may 2015 14:07 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Müdafiə Nazirliyində korrupsiya qalmaqalının əsas “qəhrəman”ı olan nazirliyin əmlak münasibətləri departamentinin keçmiş rəhbəri Yevgeniya Vasilyeva və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün paytaxtın Presnenski Rayon Məhkəməsində "Oboronservis" işi üzrə yekun məhkəmə prosesi keçirilib.

Prosesdə hakim Tatyana Vasuçenko hökm oxuyub. Hökmə əsasən, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunan keçmiş departament rəhbəri Y. Vasilyeva cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, 2012-ci ilin noyabrın 6-da Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan ”Oboronservis” təşkilatında baş verən korrupsiya faktı ilə əlaqədar cinayət işi açılıb. Korrupsiya qalmaqalından sonra Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Anatoli Serdyukovu istefaya göndərib. Rusiya Təhqiqat Komitəsinin yaydığı məlumatda Müdafiə Nazirliyi əməkdaşlarının dövlətə 100 milyon dollar ziyan vurduğu açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR