Bu il Ceyhan limanından xam neftin ixracı 28% azalıb

Bu il Ceyhan limanından xam neftin ixracı 28% azalıb
# 01 aprel 2015 14:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin mart ayında Ceyhan limanından 1 226 280 ton xam neft ixrac edib.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin mart ayı ilə müqayisədə 28% azdır.

Ümumilikdə yanvar-mart ayları ərzində Ceyhan limanından isə 4 554 399 ton xam neft ixrac edilib. Bu da 2014-cü ilin üç ayı ilə müqayisədə 3% azalma deməkdir.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR