Buzadırmanma üzrə Dünya Çempionatında Azərbaycan millisi ikinci yeri tutub

Buzadırmanma üzrə Dünya Çempionatında Azərbaycan millisi ikinci yeri tutub
# 08 mart 2015 21:17 (UTC +04:00)

Bakı-APA. Bu il martın 6-8-də Rusiyanın Kirov şəhərində keçirilmiş Buzadırmanma üzrə Dünya Çempionatında Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) idmançılarından ibarət Azərbaycan milli yığma komandası ikinci yeri tutub.

Federasiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, yarışlarda ölkəmizi idmançılardan Rinat Rəhimxanov, Alim Atluxanov, Qalib Şıxrəhimov, Ramel Rəhimxanov, Leyla Əhmədova və Sima Səfərova təmsil ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR