Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 9-cu kilometrliyində təmir işləri başa çatıb

Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 9-cu kilometrliyində təmir işləri başa çatıb
# 21 iyul 2014 07:08 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 9-cu kilometrliyində, Şirvan şəhəri ərazisində Kür çayı üzərində tikilən körpünün yanaşma yollarında aşınma qatının vurulması başa çatdırılıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu gün səhər saatlarından həmin istiqamətdə nəqliyyatın hərəkəti tam bərpa olunub.

Qeyd edək yeni inşa olunan 3 aşırımlı körpünün uzunluğu 316 metr, eni isə səkilər ilə birlikdə 14,5 metr təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR