“Şərq Tərəfdaşlığı”na üzv ölkələrin XİN rəhbərlərinin Minskdə görüşü keçiriləcək

“Şərq Tərəfdaşlığı”na üzv ölkələrin XİN rəhbərlərinin Minskdə görüşü keçiriləcək
# 04 iyun 2015 20:08 (UTC +04:00)

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Belarusun xarici işlər naziri Vladimir Makey bildirib ki, nazirlərin qeyri-rəsmi görüşündə mayın 21-22-də Latviya paytaxtında keçirilən sammitin nəticələri müzakirə olunacaq.

“Bu görüş Şərq Tərəfdaşlığına üzv olan müxtəlif ölkələrdə keçirilən mütəmadi tədbirdir. Qeyri-rəsmi şəraitdə keçiriləcək görüş zamanı Riqa sammitinin yekunları nəzərdən keçiriləcək”, deyə Makey bildirib.

O həmçinin bildirib ki, “Şərq Tərəfdaşlığı”na üzv dövlətlərin xarici işlər nazirləri bu təşəbbüsün gələcək inkişafına dair fikir mübadiləsi aparacaqlar.

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı 6 keçmiş SSRİ respublikaları (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan) arasında regional əməkdaşlığın inkişafı məqsədi ilə yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR