Kamal Kılıçdaroğlu yenidən CHP-nin lideri seçilib - FOTO

Kamal Kılıçdaroğlu yenidən CHP-nin lideri seçilib - <span style="color: red;">FOTO
# 05 sentyabr 2014 16:35 (UTC +04:00)

APA-nın xəbərinə görə, keçirilən səsvermədə K. Kılıçdaroğlu 740 səs, onun rəqibi Məhərrəm İncə isə 415 səs alıb.

Lakin bu nəticə K. Kılıçdaroğlu və onun tərəfdarlarını məmnun etməyib. M. İncə gözləniləndən daha çox səs alıb. Belə ki, M. İncə cəmi 177 imza ilə partiya sədrliyinə namizəd göstərilsə də, qurultay nümayəndələrinin üçdə birinin sisini ala bilib. K. Kılıçdaroğlunun sədrliyə namizədliyi üçün 944 nümayəndə imza versə də, onların yalnız 740-ı öz imzasına sadiq qalıb. Bu durum CHP daxilində mövcud rəhbərliyə qarşı ciddi narazılıqların olduğunu göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR