Şəkidə avtomobil yanıb

Şəkidə avtomobil yanıb
# 29 avqust 2015 03:46 (UTC +04:00)

Bakı-APA. Şəkidə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəki şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilin qabaq oturacaqları qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR