Almaniyada Azərbaycan mədəniyyətinin və yaxın tarixinin alman dilində təbliğinə start veriləcək

Almaniyada Azərbaycan mədəniyyətinin və yaxın tarixinin alman dilində təbliğinə start veriləcək
# 04 may 2015 09:40 (UTC +04:00)

Köln. Mübariz Aslanov – APA. Almaniyada yerli dildə Azərbaycan mədəniyyəti və yaxın tarixinin təbliği məqsədilə Mədəniyyət Günləri keçiriləcək. Almaniya-Azərbaycan Mədəniyyət Evinin sədri Ağa Ağayev APA-ya bildirib ki, mədəniyyət günlərinə Köln və Vinzen səhərlərindən start veriləcək. O qeyd edib ki, bununla bağlı yay aylarından etibarən hissə-hissə olaraq Azərbaycandan mədəniyyət, incəsənət və ədəbiyyat nümayəndələrinin Almaniyaya gətirilməsi, Azərbaycan ədəbiyyatı və incəsənəti nümunələrinin alman dilinə çevrilərək Almaniya torpaqlarında nümayişi nəzərdə tutulub:

“Bu tədbirlərdə mədəniyyət və incəsənət nümunələrinin dili ilə yaxın tarixdə Ermənistan tərəfdən Azərbaycana qarsı törədilmiş işğalçılıq və soyqırım siyasətinin, öz yurdlarından qaçqın düşmüş azərbaycanlıların hüquqlarının kobud səkildə pozulmasının almanlara təqdim olunması da tədbirlər planının tərkib hissəsidir”.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq etdiklərini deyən A. Ağayev onu da əlavə edib ki, təmsil olunduqların təşkilat Almaniya üzrə daha bir necə layihə həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, “APA Holding”in Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Sərhəddən kənar azərbaycanlılar...” adlı layihə çərçivəsində Avropanın bir neçə ölkəsində fəaliyyət göstərən azərbaycanlılarla görüşlər keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR