ABŞ rəsmisi: “Qarabağda hərbi əməliyyatların bərpa olunmaması üçün Uorlikin səylərini dəstəkləməkdə davam edəcəyik”

ABŞ rəsmisi: “Qarabağda hərbi əməliyyatların bərpa olunmaması üçün Uorlikin səylərini dəstəkləməkdə davam edəcəyik”
# 18 noyabr 2015 16:17 (UTC +04:00)

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu İrəvanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Bricit Brink bəyan edib.

O, münaqişə zonasında son vaxtlar gərginliyin artmasından xəbərdar olduğunu bildirib. “Lakin həmsədrlər ağır texnikadan istifadənin yolverilməzliyinə dair bəyanatla çıxış ediblər və tərəfləri atəşkəsə əməl etməyə çağırıblar. Əslində həmsədrlərin səyləri çox vacibdir. Biz səfir Uorliklə sıx əməkdaşlıq edirik və hərbi əməliyyatların bərpa olunmaması üçün onun səylərini dəstəkləməkdə davam edəcəyik”, - deyə o vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR