Meksikada həbsxanada toqquşma qurbanlarının sayı 17 nəfərə çatıb, 65 məhbus yaralanıb

 Meksikada həbsxanada toqquşma qurbanlarının sayı 17 nəfərə çatıb, 65 məhbus yaralanıb
# 28 aprel 2013 04:21 (UTC +04:00)

Bakı-APA. Meksikanın San Luis Potosi ştatındakı La Pila həbsxanasında ötən gün baş vermiş toqquşmalarda ölənlərin sayı 17 nəfərə çatıb, 65 məhbus yaralanıb.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, məhbuslar arasında münaqişə baş verib, insidentin səbəbləri araşdırılır.

Ehtimal olunur ki, qarşıdurma iştirakçıları düşmən narkokartellərin üzvü olub.

Qeyd edək ki, Meksika həbsxanalarında mütəmadi olaraq qanlı toqquşmalar baş verir. Yanvarda Tamaulipas ştatındakı həbsxanada baş vermiş iğtişaşlar zamanı 31 məhbus ölüb. Fevralda Nuevo Leon ştatındakı həbsxanada iki qruplaşma arasında baş vermiş toqquşmalar nəticəsində 38 nəfər ğlüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR