Bakıda “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Bakıda “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
# 29 aprel 2013 09:39 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Mayın 1-dən 4-dək Bakı Slavyan Universitetində Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda IV Beynəlxalq Elmi Konfrans keçiriləcək.

APA-nın məlumatına görə, AMEA-nın Humanitar və İctimai elmlər bölməsi və BSU-nun təşkilatçılığı ilə keçiriləcək tədbirdə AMEA-nın müxtəlif institutlarından, Gəncə, Sumqayıt, Naxçıvan, Lənkəran, Mingəçevir və Şamaxıdan nümayəndələr, eləcə də 15 ölkədən, o cümlədən Rusiya, Belarus, ABŞ, Almaniya, Türkiyə, Avstriya, Litva, Yunanıstan, Polşa, və Ukraynadan 43 qonağın iştirakı gözlənilir.

Konfransda bir sıra məsələlərə həsr olunmuş məruzələr dinləniləcək: “Heydər Əliyevin Sovetlər İttifaqında təhsilin inkişafına töhfəsi” (Ryabov V.V., Moskva Şəhər Pedaqoji Universitetinin prezidenti, professor), “Heydər Əliyev, Mixail Qorbaçov və Dağlıq Qarabağ münaqişəsi” (Mark Kramer, Harvard Universitetinin professoru), “Təhsildə ideologiya gərəkdirmi?” (Kozlovskaya Q.E., Moskva Şəhər Pedaqoji Universitetinin direktoru) və s.

“Heydər Əliyev şəxsiyyəti və fəaliyyəti”, “Heydər Əliyev və azərbaycançılıq”, “Heydər Əliyev və qloballaşan dünyada Azərbaycan”, “Azərbaycan dilinin və mədəniyyətinin inkişaf perspektivləri” mövzusunda dörd bölmənin keçirilməsi planlaşdırılır.

Konfrans çərçivəsində mayın 3-də tələbələr üçün bir sıra ustad dərsləri, o cümlədən Türkiyəli araşdırmaçı Yasemin Bayerin Heydər Əliyevə həsr etdiyi kitabın təqdimat mərasimi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR