Suriya müxalifətçiləri keçid hökuməti yaradırlar

Suriya müxalifətçiləri keçid hökuməti yaradırlar
# 22 fevral 2013 20:41 (UTC +04:00)

Bakı-APA. Suriya Milli inqilabi və müxalif qüvvələr koalisiyası keçid hökuməti təsis etmək qərarına gəlib. APA-nın xəbərinə görə, bu barədə «Əl-Ərəbiyyə» telekanalı məlumat yayıb.

Müvəqqəti keçid hökumətinin qərargahının harada olacağı hələlik məlum deyil. Yeganə təfərrüat qərargahın Suriyadan xaricdə olması barədədir. Qərargah Qahirə və ya İstanbulda ola bilər.

Məlumata görə, müvafiq qərar MİMQK rəhbərliyinin Qahirədə keçirilən iclasında əldə olunub. Keçid hökumətinin başçısı və üzvləri martın 2-də İstanbulda keçiriləcək iclasda seçiləcək. Müvəqqəti hökumət «azad olunmuş ərazilər»i idarə edəcək.

MİMQK-nın baş qərargahı Misirdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR