«Xalq Bank»ın mənfəəti son bir ildə 22% azalıb

«Xalq Bank»ın mənfəəti son bir ildə 22% azalıb
# 25 aprel 2013 10:27 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin 2013-cü ilin I rübündə əldə etdiyi gəlirlərin həcmi 17,853 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 15,3% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 20,9% artaraq 16,315 mln. manata çatıb.

Nəticədə, ilk rübü ərzində bank 1,538 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 22,6% azdır.

Qeyd edək ki, hesabat rübündə bankın faiz gəlirləri 17,497 mln. manat, qeyri-faiz gəlirləri 0,356 mln. manat, faiz xərcləri 6,806 mln. manat, qeyri-faiz xərcləri isə 9,413 mln. manata bərabər olub. Son bir ildə bankın faiz mənfəəti 64,6%, qeyri-faiz zərəri isə 8,2 dəfə artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR