Azərbaycan vətəndaşı 5 il Qazaxıstanda məcburi əməyə cəlb edilib

Azərbaycan vətəndaşı 5 il Qazaxıstanda məcburi əməyə cəlb edilib
# 12 mart 2013 09:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan vətəndaşının Qazaxıstanda məcburi əməyə cəlb edildiyi müəyyənləşib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən bildirilib.

Məlumata görə, Zərdab rayon sakini Rəsul Rəşidovun 2007-2012-ci illər ərzində Qazaxıstan Respublikasının Astana şəhərində məcburi əməyə cəlb olunması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR