«Bank SilkWay»in gəlirləri I rübdə 29% artıb

«Bank SilkWay»in gəlirləri I rübdə 29% artıb
# 18 aprel 2013 10:03 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank SilkWay» ASC-nin 2013-cü ilin I rübündə əldə etdiyi gəlirlərin həcmi 3,567 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 29,1% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 50,2% artaraq 2,254 mln. manata çatıb.

Nəticədə, ilk rüb ərzində bank 700 min manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 32,9% azdır.

Qeyd edək ki, hesabat rübündə bankın faiz gəlirləri 2,463 mln. manat, qeyri-faiz gəlirləri 1,104 mln. manat, faiz xərcləri 0,814 mln. manat, qeyri-faiz xərcləri isə 1,440 mln. manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR