Ukrayna prezidenti Ali Radanın səlahiyyətlərini vaxtından əvvəl dayandırıb - VİDEO

Ukrayna prezidenti Ali Radanın səlahiyyətlərini vaxtından əvvəl dayandırıb  - <span style="color: red;">VİDEO
# 25 avqust 2014 21:06 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Twitter “ səhifəsində prezidentin mətbuat katibi Svyatoslav Tseqolko məlumat yayıb.

“Prezident Ali Radanın səlahiyyətlərini vaxtından əvvəl dayandırıb, çünki bu yeganə düzgün və məsuliyyətli qərardır”, deyə o qeyd edib.

Mətbuat katibinin sözlərinə görə, Pyotr Poroşenko demokratik siyasi qüvvələri seçkilərə vahid Ukrayna və Avropa meyilli komanda qismində getməyə çağırıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR