Vahid Əhmədov: “Qorunan əmanətlər üzrə faizlər aşağı salınsa da, kredit faizləri aşağı düşmədi”

Vahid Əhmədov: “Qorunan əmanətlər üzrə faizlər aşağı salınsa da, kredit faizləri aşağı düşmədi”
# 19 noyabr 2014 13:23 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, Milli Məclisdə bu məsələ dəfələrlə müzakirə olunub və kredit faizlərinin aşağı salınması üçün müəyyən addımlar atılıb. V. Əhmədov hesab edir ki, bu tədbirlər öz bəhrəsini verməyib.

“Qorunan əmanətlər üzrə faiz dərəcələrin 12%-dən 10%-ə salındı. Müəyyən addımlar atıldı. Amma kredit faizləri aşağı düşmədi. Əvəzində bankların gəlirləri 3,5%-dən 5,2%-ə qədər artdı. Hesab edirəm ki, bu çox ciddi məsələdir. Çünki, əhalinin kredit borcu artıq 1 mlrd. manata yaxınlaşır. İnsanların mənzilləri, texnikaları borca görə əlindən alınır. Bunun qarşısı mütləq alınmalıdır”, - deyə millət vəkili vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR